bazar 15 mart 2026 - 23:14
Türkiyənin tanınmış ruhanisi: Bütün dünya İran xalqını təqdir edir

Hövzə | Səlahəddin Özgündüz İstanbulda Zeynəbiyyə məscidində keçirilən Qədr gecəsi proqramında vurğulayıb ki, İran nəyin bahasına olursa-olsun kafirlər qarşısında diz çökməyib.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Səlahəddin Özgündüz keçən gecə Zeynəbiyyə məscidində mühüm bir çıxış edib. Bu proqram İstanbulda Əhli‑beyt (ə) sevərlərinin geniş iştirakı ilə üçüncü əhya gecəsində baş tutub. Səlahəddin Özgündüz bu mərasimdə İran İslam Respublikasının ABŞ və sionist İsrail rejimi qarşısında əldə etdiyi uğurlara toxunaraq deyib: “Dünya İran xalqını təqdir edir.”

Səlahəddin Özgündüz bildirib ki, bu günə qədər İran həmişə qalib gəlib, sionist və imperialist cəbhə isə məğlub olubdur. “İran nəyin bahasına olursa-olsun kafirlər qarşısında diz çökməyib. İran İslam Respublikası sionist və yəhudilərin Qəzza və Fələstində müsəlmanlara qarşı törətdikləri zülm və işgəncələr qarşısında sakit qalıb tamaşa edə bilməzdi.

Səlahəddin Özgündüz İran İslam Respublikasının düşmənin hücumları qarşısında geri çəkilmədən onlara cavab verdiyini vurğulayaraq deyib: Hazırda İran İslam Respublikası İslam düşmənlərinin başına raketlər yağdırır və işğal olunmuş torpaqları da xarabalığa çevirir. İrana raket atıldıqda və həmin raketlər insanların başı üzərindən keçdikdə iranlılar meydana çıxırlar. Lakin əksinə olaraq İran İsrailə raket atdıqda isə onlar kollektiv şəkildə qaçıb gizlənmək üçün bir yer axtarırlar.

Sionist və imperialistlərin ən güclü radarı məhv edildi!

Şeyx Səlahəddin Özgündüz İranın Fars körfəzinə tam nəzarət etdiyini bildirərək deyib: ABŞ təkcə Fars körfəzində deyil, hətta Oman dənizində də qala bilmədi və Hind okeanının dərinliklərinə getdi! 
Getdi yoxsa getmədi?! Kim qalibdir və kim məğlubdur?! Sionistlərin və imperialistlərin milyardlıq radarı tamamilə məhv edildi. Trampın burnu torpağa sürtüldü. Allah onu daha çox məyus edərək alçaltsın .

Səlahəddin Özgündüz çıxışının sonunda dua edərək bildirib: Allah hazırda döyüş meydanında olan İran İslam Respublikasını və xalqını qalib etsin. Onlar başıuca insanlardır və heç vaxt gizlənməyiblər. İranlılar qaçmağa və gizlənməyə ehtiyac görmədən raket və bombalar altında meydanda iştirak edirlər. Bütün dünya bu xalqı təqdir edir!

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha